Dolanmasın
Dolanmasın (7 avqust 1942) Müəllif: Muxayıl Göyçəli |
Qadir Allah, budu səndən diləyim:
Tərlan oylağında sar dolanmasın.
Ayırma vətəndən, tayı-tuşumdan,
Yaralı sinəmdə nar dolanmasın.
Əzəldən arifdim, olmuşam naşı,
Nadan havalanıb yolundan çaşı.
Qoy düşsün başına dağların daşı,
Namərd qapısında var dolanmasın.
Muxayılam, gözəli gördüm ötəri,
Bilmirəm huridi, yoxsamı pəri.
Bülbüllər ötüşür güldən ötəri,
Gülün yarpağında sar dolanmasın.
Mənbə
redaktə- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.80