Dosta yaxşılıq olmuş əzəl gündən niyyətim
Dosta yaxşılıq olmuş əzəl gündən niyyətim Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Dosta yaxşılıq olmuş əzəl gündən niyyətim,
Dost dostuna həmişə olmalı yaxşı sirdaş.
Dostum pislik etsə də, mənə xoşdur, qoy etsin,
Ah, mənim pisliyim də xoş olaydı ona kaş!