Dostun baxçasından yad əl keçməsin
Dostun baxçasından yad əl keçməsin Müəllif: Dadaloğlu |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Dostun baxçasından yad əl keçməsin,
Qumdur ha, nazlı dilbər, qurudur.
Sənin sevdan ürəyimdə yağ qoymaz,
Əridir ha, nazlı dilbər, əridir.
Yüksək olur ərəb atın altağı,
Eşsiz qalmaz qoç iyidin yatağı,
Qorxaram kötüyə dəyər ətəyi,
Geri dur ha, nazlı dilbər, geri dur.
Ərəb at üstündə olsa postumuz,
İqrarından döndümü ola dostumuz.
Bir gün qara torpaq örtər üstümüz,
Çürüdür ha, nazlı dilbər, çürüdür.
Der ki, Dadaloğlum mən nə yapayım,
Hanki din haq isə ona tapayım.
Əyil də bir al yanaqdan öpəyim,
Yeridir ha, nazlı dilbər, yeridir.