Driğa, dilbərim halım pərişan olduğun bilməz
Driğa, dilbərim halım pərişan olduğun bilməz Müəllif: Sadıq bəy Əfşar |
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.46. |
Driğa, dilbərim halım pərişan olduğun bilməz,
Könül quşun əsiri-dami-hicran olduğun bilməz.
Gəzər ləli xəyal ki, kor edə gah könlümdə,
Buların arəsində ol məgər qan olduğun bilməz.
Bizi aşiq dad iman yox, zahid oxur kafər,
Nə cahildür kim, kafəri iman olduğun bilməz.
Bəni hicran bilə öldürən əsiri-yar müşküldir,
Məgər yüz göstərüb öldürən asan olduğun bilməz.
Gəzər könlüm evin, istər ki, mehrin alələr təkəllümdən,
Behəmdüllah ki, mehri canda pünhan olduğun bilməz.
Çəkibdür xəncərin bədgu söz ilə yar qılmaqçün,
Bəni bu öldürür ruzigar, axır peşiman olduğun bilməz.
Verür ləliyə nisbət Xızr suyin Sadiqi yarın,
Nə qafildür, onun əslini heyvan olduğun bilməz.