Eşidənlərə
Müəllif: Cəfər Cabbarlı

Sevgilim əhbabi məndən qət ediblər ülfəti,
Həp cüyüşi-cəhli-təsxir eləmiş həqiqəti!..

İttihadi-mənəvi məhv oldu lövhi-əsrdən,
Eyləmiş cəsusi-qəflət dərmiyan ziddiyyəti!

Əşki-çeşmimdir buludlardan yağan əmtarlər,
Dudi-ahımdan dürər şəmsin şüai hiddəti!..

Ümmət dad etdikcə istiğnayi ərbab qana,
Əqrablıq puç olub məhv eyləyir qövmiyyətü.

Vasif!.. Məqtudur həbl ələmiyyətən ittifaq,
Iştə məfrud ittifaqın parlayan ülviyyəti!

İftixar əhli-aləm elmədir! Biz çox əcəb,
Cəhlə qarşu tutmuşuq min şövq ilə ünsiyyəti!

Elmdir bağımızın hasili hüriyi-cənan,
Cəhldir teyyi-cəhənnəm nardən üzviyyəti!

Ah! Ey əğrazı şəxsiyyət sevənlər şərm edin,
Müzməhill etdi şu əğərr əziyyətlər milliyyəti!

Qaldılar bitərbiyət ətfali-məsumi-vətən!
Gülüstani-millətin bunlar deyilmi zinyəti!

Cəm olub qət eylədin əşcari-nəhsi-nəxvəti!
Bər behişti asa qılın siz elmi-mədəniyyəti!!!