Eşit sözümi, ey ğafıl, tanla səhər veqtində tur
Eşit sözümi, ey ğafıl, tanla səhər veqtində tur Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov)) |
Eşit sözümi, ey ğafıl, tanla səhər veqtİndə tur,
Eyle buyurmış ol kamil, tanla səhər vəqtində tur.
Eşit, nə der xorusunuz, tanla verilür ruzunuz,
Dost dərgahına dutğıl yüz, tanla səhər veqtində tur.
Eşit sözümi, ey səğir, ta tərəzün gələ ağır,
Yalvar Çelebünə çağır, tanla səhər vəqtinde tur.
Yatanlarun yatlı hali, hİç nesneyə irməz əli,
Səhər əsər rəhmət yeli, tanla səhər veqtində tur.
Quşlar ilə turğıl bilə, qıl namazı imam ilə,
Yalvar günahum dilə, tanla səhər veqtində tur.
Oqma Quranü Yasin, qulaq urub dinləyəsin,
Tağca günahlar yuyasm, tanla səhər veqtində tur
Oqına hədisü kəlam, deyələr eleyhissəlam,
Aşiq isən bəllü biləm, tanla səhər vəqtində tur.
Həlal ola sana uçmaq, uçmaqda hurilər quçmaq,
Kövsər şərabım içmək, tanla səhər vəqtində tur.
Miskin Yunus, aç gözüni, oyar ğəflətdən özüni,
Ta biləsin kəndözüni, tanla səhər veqtində tur.