Eşq ətəgin tutmaq gərək, aqibət zəval olmaya
Eşq ətəgin tutmaq gərək, aqibət zəval olmaya Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov)) |
Eşq ətəgin tutmaq gərək, aqibət zəval olmaya,
Eşqdən oquyan (bir) əlif kimsədən sual olmaya.
Eşq dedügin tuyar isən, eşqə candan uyar isən,
Eşq yoltma candur fəda, ana fəda mal olmaya.
Əsilzadələr nişanın əgər bilmək dilər isən,
Özi oğlan da olursa, sözində vəbal olmaya.
Ariflərdən nişan budur hər könüldə hazır ola,
Kendüyi təslim eyləyə, sözdə qiylü qal olmaya.
GÖrməzmisin sən aruyı, hər bir çiçəkdən bal edər,
Sinək ilə pərvanenün yuvasında bal olmaya.
Dürrü cövhər İstər isən ariflərə xidmət eylə,
Cahil bin söz söylər isə mə’nidə misqal olmaya.
Miskin Yunus, zəhri-qatil eşq əlində tiryak olur,
Elmü əməl, zohdü taət bəs eşqsüz həlal olmaya.