Eşqini, gəl ək qəlbdə

Eşqini, gəl ək qəlbdə (1994)
Müəllif: RAUF CAVAD

Ağrayır dilək qəlbdə,
Ağlayır istək qəlbdə.

Gəl al məni məndən, yaz,
Ol bahar, kömək qəlbdə.

Ehtiyaclıyam sənə,
Qalmışam tək, tək qəlbdə.

Bir söz söylə baharım,
Eşqini, gəl ək qəlbdə.

Xoşbəxtlik gətir qəlbə,
Birlikdə gülək qəlbdə.

Bahar-yaz həqiqəti,
Yaşayaq, bilək qəlbdə.

Ay-gün, sənsiz bitir, yaz,
Gəl yar görüşək qəlbdə.

Həsrətindədir Rauf!
Gəl yaz, sevişək qəlbdə.