Edər hər qəmzədən məqtul yüz canı qara gözlər
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər Müəllif: Mirzə Sadıq Piran |
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,
Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
İki kafərdi, ya kim, hər biri bir tiğ-i xunəfşan,
Çəkib qətl eyləyirlər bir müsəlmanı qara gözlər.
Sanasan məst hindudur, girib yaya kaman eylər,
Ata üşşaqə bir-bir tir-i müjkani qara gözlər.
Edən dəm əqd-i can ol iki Türk-i şux-i sərməsti,
Biri xəncər çəkər, ol biri pünhani qara gözlər.
Sənin eşqində, ey şux, eyiəyir vird-i zəban Sadiq,
Olum ol qəmzə-yi xunriz, qurbanı, qara gözlər.