Edərlər (Çıldırlı Aşıq İrfani)

Edərlər
Müəllif: Çıldırlı Aşıq İrfani
Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şеirləri, haqqındakı dastan-rəvayətlər), Bаkı, “Еlm vә tәhsil” nәşriyyatı, 2016

Aşiqi mәşuqdan cüda qılanlar,
Bilmәm onlar nә cәsarәt edәrlәr.
Könül dә Xüdanın nәzәrgahıdır,
Onu yaxmasına qeyrәt edәrlәr.

Varam, düşәm sultanlara, xanlara,
Bu xüsusda çıxdım çox divanlara,
Mәnim bu işimә ket vuranlara,
Ruz-i mәhşәrәdәk taat edәrlәr.

Hәr tәbib saramaz bu yaramızı,
Qәm-hicran kәsdi muradımızı,
İrfani der: bizim macәramızı,
Bizdәn sonra bir hekayәt edәrlәr.