Elə (Çorlu Məhəmməd)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Elə
Müəllif: Çorlu Məhəmməd
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. ISBN 978-9952-571-42-4

Ərş-əlaya bir yolum var, Tanrı, yolu rast elə,
Nur ələ ki, kövrək könlü al əlinə məst elə.
Barilahi, işim müşkül, stoyindsn tutmuşam,
Nainsafı arxada qoy, huşunu al, süst elə.

Bağışlayan kərəmlisən, səhvi bizə bağışla,
El dolanan bir abdala, əhli-sözə bağışla,
Bir cavandı bir gül kimi, salma düzə bağışla,
Bir qocaya dayaq olsun, bir yaşlıya dəst elə.

Məhəmmədəm, dara düşdüm, yetiş ağam, dada tez,
Qıyma burda bir igidə, gələr betər qada tez.
Bağrım yandı, sinəm yara, atma məni oda tez,
Bu el ilə, bu obayla yarıt, məni dost elə.