Elə (Mirzə Bilal)

Elə
Müəllif: Aşıq Mirzə Bilal
Mənbə: "Ozan dünyası" jurnalı. №1(1), 2010. səh.58

   
Tut orucu, qıl namazı,
Allahına xidmət elə.
Məkkə olsun qibləgahın,
Sən haqqa inayət elə.

Qəlbini gül kimi saxla,
Yaxşını, yamanı yoxla.
Cənnət qazan, düzü haxla,
Məramını şəfqət elə.

Sidqini bağla Allaha,
Naümid qoymaz səni mövla,
Gecə-gündüz elə dua,
Aşkara, həm xəlvət elə.