Elə yaxşı axsayırdım ki

Elə yaxşı axsayırdım ki
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Səadət Hacıyeva. Nanaylı-halaylı dünyam (PDF) (az.). "SkyG". 2017. ISBN 978-9952-440-08-05. İstifadə tarixi: 2017.

Güllübulaqdakı rus-tatar məktəbində müəllim işləyən İsa Məşədi Namaz oğlu məktəb tətilində istirahət etmək istəyirdi. Lakin məhsul yığımı olduğu üçün qardaşları onun da çölə işləməyə gəlməsini istəyirdilər. O, işləməyin dərdindən ayağını sarıyıb ufuldayır, beləliklə, elə bilirdi çölə kərəntiyə getməkdən canını qurtarıb. Gecə yatanda bacısı Sara İsanın ayağındakı sarığı açıb o biri ayağına bağlayır. Səhər yuxudan duran İsa indi də digər ayağı tərəfə axsamağa başlayır. Bunu görənlər qəhqəhə çəkib gülürlər. Ayağındakı sarığın dəyişdiyini başa düşən İsa deyir:
– Bıy sizi qırılasınız. Elə yaxşı axsayırdım ki, canımı işdən qurtarmışdı.