Elimin, obamın, igid-mərd ərənləri

Elimin, obamın, igid-mərd ərənləri! (1994)
Müəllif: RAUF CAVAD

Elimin, obamın, igid-mərd ərənləri!
Səs verin səsimə yurdumun əsgərləri!

Bu vətən biz Cavanşirlərin yurd məskəni!
Şah İsmayilin əziz və doğma Vətəni!
Səsləyir sevgili Ana vətənim məni!
Ey Sahib Zaman çağırır mərd xalqım Səni!
İstərəm görəm cəmalını bu səhəri!

Nə zamandır ki, həsrətəm doğma Vətənə!
Ayrı düşüb könlüm, acıdır zillət mənə!
Ümid yox bu günə, arsız olan dünənə!
Gəl vəfa göstər bizə, ümid yalnız Sənə!
Ey könlümüzün güli-gülüstan şəhəri!

Bölüblər Azəribaycanı qitələrə!
Kəsib doğrayıb, bölüblər min tikələrə!
Soyub dərisin də Nəsiminin, cəlladlar!
Döndərib yurdumuzu cəhənnəmə, yadlar!
Kim xilas edəcək bu kimsəsiz bəşəri?!

Bu dünya odlar yurdu, Azəribaycandır!
Bu ruh-bədəndə, zindanda olan da candır!
Könlün sultanı Heyran, sevgili Canandır!
Aşiqə bu dünya zindan, Dərdi-bəlandır!
Rauf yazdı bu şeirdə hansı xəbəri?!
       ...Müəllif:Rauf Cavad