Elin bayrağı.
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad.Seçilmiş əsərlər.Bakı," Şərq Qərb nəşriyyatı",2005.səh 129

Sən çıx bu minbərdən doğrunu söylə,
Yalvarma kimsəyə Tanrıdan başqa!
Küskünsə taleyin, son ona küsmə,
Dinlə qədir səsin, çalış-çabala!

Bu bəxtsiz millətin daddığı acı,
Çalış əlac olsun, diriltsin onu!
Düşmən başındakı о zəfər tacı,
Görsün ki, ər qəmin deyildir sonu

Qüruru cahandan, nuru haqdan al
Hidayət etməyə yol azanları!
Gəlməsin yardımsız qəlbinə həlal,
Yardım: münavələr... sübh əzanları!

Təmiz al alnındakı tozu, torağı,
Haqq üçün açdığın əllərinlə sil!
Qalxıb, bir də enməz elin bayrağı,
О sənin, о mənim əlimdədir, bil!