Elxani şita
Müəllif: Cənab Şəhabəddin
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Bir bəyaz lərzə, bir dumanlı uçuş
Eşini qeyb eləyən bir quş kimi qar
Keçən eyyami-növbahan arar.
Ey kulubun suridi-şeydası,
Ey kəbutərlərin nəşidələri,
O bahann bu işdə fərdası
Qapladi bir dərin sükuta yeri qarlar
Ki, xamuşanədəmbədəm ağlar.
Ey uçarkən düşüb ölən kəpənək
Bir bəyaz rişeyi-cenahi-mələk kimi qar
Səni olğun hədiqələrdə arar.
Sən açarkən çiçəklər üstündə
Ufacıq bir çiçəkli yelpazə
Nəşin üstühdə indi bir müjdə
Başladı parça-parça pərvazə qarlar
Ki, səmadan düşər, düşər, ağlar.
Uçdunuz, getdiniz siz ey quşlar
Kiçicik sər-səfıd bayquşlar kimi qar
Sizi dallarda, lalələrdə arar.
Getdiniz, getdiniz, ey mürğan
Indi boş qaldı sər-ta sər yuvalar
Yuvalarda yetimi-biefqan
Son qalan mavi tükləri qovalar qarlar
Ki, havada uçar, uçar, ağlar.