Eyşü tərəb yari gül, üzar ilə xoşdu
Eyşü tərəb yari gül, üzar ilə xoşdu Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.231. |
Eyşü tərəb yari gül, üzar ilə xoşdur,
Canü cahan elə bil ki, yar ilə xoşdur.
Qanıma gəl bandır əlin, ey nigar, gör
Kim, necə simin əlin nigar ilə xoşdur.
Gəldi gül, açıldı lalə, gəl bəri sun cam,
Laləvü gül fəsli-növbahar ilə xoşdur.
Əhli-nəzərdən yaşırma, aç üzünü gəl,
Gül gəlicək əndəlib zar ilə xoşdur.
Dara çıx, ey aşiq, söylə anda ənəlhəq,
Aşiq olanın həqqə başı dar ilə xoşdur.
Aşiqə ol fəxr yetər ki, olmadı sufi,
Dövlət ana kim, bu iftixar ilə xoşdur.
Ta ki, gülünün vəslinə irişməyə hər əl,
Çevrəsi anın həmişə xar ilə xoşdur.
Gərçi xoş olmaz xumarı hər sifətə,
Qəmzeyi-məstanəsi xumar ilə xoşdur.
Aləmi tövhidə çün irişdi Nəsimi,
Nar ilə nur olduvü nur nar ilə xoşdur.