Ey üzün nuri-təcəlli, məniyi-iman budur
Ey üzün nuri-təcəlli, məniyi-iman budur Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.228. |
Ey üzün nuri-təcəlli, mə’niyi-iman budur,
Hər kim iqrar eyləməz, insan degil, heyvan budur.
Sün’ü biçun eylədi zahir üzün, yüz afərin,
Yoxdur anda sirri-peyda, nükteyi-pünhan budur.
Görmüşəm ziba üzünü, surəti-rəhmandurur,
Sormuşam lə’li-ləbini, dərdimə dərman budur.
Leylətül-me’rac zülfün, qabə qövseyndir qaşın,
Hər kişi kim, oldu layiq, eydinə qurban budur.
Surətin lövhündə yazmış nəqşbəndi-kafü nun,
Ayəti-Allahu nurən, höccətü bürhan budur.
Surətin vəchində buldu, bildi arif sirrini,
Bilmədi qafil bu sirri, cahilü nadan budur.
Söylədi zahir Nəsimi şe’rini, verdim cavab:
Ruhi-qüdsü qıldı təhsin, dedi kim, Salman budur.