Ey şəm, bizi tap dəxi odlaruna yaxma
Ey şəm, bizi tap dəxi odlaruna yaxma Müəllif: Qazi Bürhanəddin |
Ey şəm, bizi tap dəxi odlaruna yaxma.
Ey bədr, yüzün gösdərübən tezcək oyaxma.
Ey ruh, necə nazik isən hər cəsədə sən,
Saxla özüni, mail olın hər nəfəs axma.
Eşqüni sənün əqlə-könülə dimədüm bən,
Hər ləhzə anı qəmzən ilə aləmə çaxma.
Sənə baxalı baxmadı hiç özgəyə gözüm,
Səni sevənün sən dəxi hər suçına baxma.
Biz xud qələndərüz, bu savü avına girdük,
Səndə bu həvəs yox isə bu qapuyı qaxma.