Ey Xaqani, pay ummaqda getdi abırın, həyan
Ey Xaqani, pay ummaqda getdi abırın, həyan Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Ey Xaqani, pay ummaqda getdi abırın, həyan,
Bəsdir, alma bircə loğma bir kimsədən heç zaman.
Xəstələnmiş ürəyinə dava-dərman istəmə,
Dərd artırır, çünki, ona ediləndə bir dərman.
Bu qaydadır: sınan şeyin qədri sonra bilinər,
Sınıq qəlbə təsəlli ver, bunu yaxşı anla, qan!
Sən dəvənin boynundakı qızıllara baxma çox,
Qan bahasın dolandırır öz boyununda o heyvan.
Zəni edək, lap dəvə boynu oldu qızıl mədəni,
Nə mənfəət görür o bəs gəzdirdiyi qızıldan?