Ey Xaqani, yaxşı bax yaradanın sirrinə
Ey Xaqani, yaxşı bax yaradanın sirrinə Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Ey Xaqani, yaxşı bax yaradanın sirrinə,
Nəqşəsində hər daşın min bir gizli sirr var.
Amandır, heç bir şeyin zatına xor baxma sən,
Orda dilsiz danışan ürək açır çox əsrar.
Hər ürəkdə - bir kədər, hər qönçədə - bir ciçək,
Onlara əyri gözlə sən nəzər salma, zinhar!