Ey annın ay, üzün günəş, ey qaşların kəman!
Ey annın ay, üzün günəş, ey qaşların kəman! Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. Hоphоpnamə. Bakı: , “ŞərqQərb”. 2004. səh. 141. ISBN 9952-418-26-1. |
Ey annın ay, üzün günəş, ey qaşların kəman!
Ceyran gözün, qarışqa xətin, kakilin ilan!
Alma çənən, çənəndə zənəxdan dərin quyu,
Kirpiklərin qamış, dodağın bal, tənin kətan!
Boynun sürahi, boy-buxunun bir uca çinar,
Əndamın ağ gümüş, yanağın qırmızı ənar!
Xalın üzündə buğda, başında saçın qürab,
Qah, qah!.. Qəribə gülməlisən xaniman xərab!..