Ey aydan, pəridən gözəl nazənin
Ey aydan, pəridən gözəl nazənin (XII əsr) Müəllif: Xaqani Şirvani |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Ey aydan, pəridən gözəl nazənin,
Məcnuna dönürəm eşqindən sənin.
Yaraşmaz zülm etmək nazlı mələyə,
Gəl mənə lütf eylə, ey nazlı gəlin.
Nə gözəl gecədir, bəs vəslin hanı?
Səni bax gözləyir dərdli Xaqani.
Gəl sənə söyləyim bir-bir sirrimi,
Gəlməsən yandırram bütün cahanı.
Xaqani öpdükcə şirin ləbindən,
Hərarət içində qızışır bədən.
Yəqin ki, dodağın alovludur, yar,
Yoxsa bu hərarət haradan, nədən?