Ey bivəfa, qoyubsan əcəb qalə təkjnəni
Ey bivəfa, qoyubsan əcəb qalə tək məni Müəllif: Mir Möhsün Nəvvab |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Ey bivəfa, qoyubsan əcəb qalə tək məni,
Hicran odun əhatə edib halətək məni.
Bilməm, nə etmişəm sənə zalim, nə zülmdür,
Etdin kəbab atəşi-çüvvalətək məni.
Allah rizası etməginən xar eşqdə,
Aşiqlər içrə dağlama sən lalətək məni.
Bir ləhzə gər üzülsə əlim qürbi-vəslidən,
Eylə yəqin ki, yandıru səd salətək məni.
Nəvvabı zarü zərd edib oxşatdı qəmlərin
Divari-qəmdə nəqş olan əşkalətək məni.