Ey cununi-Leyla, aşiqi-şeyda

Ey cununi-Leyla, aşiqi-şeyda
Müəllif: Mir Həmzə Nigari
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005.

Ey cununi-Leyla, aşiqi-şeyda,
Məhəbbətdir ancaq sirati-minhac.
Ey talibi-movla, ey əhli-sovda,
Oldur təriqəti-sahibi-merac.
 
Soyləyim bir nuktə əhli-dunyayə,
Sanmasun ərbabi-dili bimayə,
Hərdən əyməz dunyayi-mafihayə
Kimin sərində var eşqdən bir tac.
 
Ərbabi-dil baqmaz artıq sevdayə,
Təsir etməz tohmət əhli-rusvayə.
Fikr eylə kim, neylər əhu-dəryayə
Məhabəti-dərya, kəsrəti-əmvac.
 
Şamu səhər səy et, ey əhli-sovda,
Gərce xətərnakdır təriqi-Leyla.
İmdad eylər sana ulfəti-movla,
Cunki həmdəmimdir ol şiri-qəllac.
 
Eyləsə təriqi-sovdadə qərar.
Ta kim uz gostərə xeyməyi-dildar.
Ey Seyid Nigari, hasil olur kar,
Eyni-inayət ki baqsa bir qiyqac.