Ey dil, hәzar şükr, xәbәr gәldi yardәn
Ey dil, hәzar şükr, xәbәr gәldi yardәn Müəllif: Ağa Hacı Molla Tağızadə |
Ey dil, hәzar şükr, xәbәr gәldi yardәn,
Şükr et, qutardın axırı bu intizardәn.
Ey göz, kәnarә qoy dәxi qan ağlamağını,
Oldun xilas sәn dә dәxi ahü zardәn.
Dәrdi-xәzan hicrini çәkmişdim, aqibәt,
Verdi sәba xәbәr o güli-novbahardәn.
Ey mәqdәmin fәdası, bәlalar çәkәn başım,
Gәl, gәl ki, keçdi sәbrü qәrarım qәrardәn.
Eşqindә qoydular mәnә Mәcnunluq adını,
Düşdüm bu xәlqi-alәm ara etibardәn.
Sәd şükr kim, yetişdi sәnә vәdeyi-vüsal,
Bixud, şikayәt etmә dәxi ruzigardәn.