Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanı

Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanı
Müəllif: Mirzə Məhəmməd Tağı Qumri
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanı?
Bel bağlama cəhanə, vəfayi-cəhan hanı?
Hər qərinə dolar, boşalar, karivan keçər,
Bu karvansərayə gelən karivan ham?
Beş gün qalıb tamam dili-azürdə getdilər,
Bir baxgilən o qafilədən bir nişan hanı?
Çox gülşəni xərab elədi ruzigardə,
Bülbül hanı, o güllər ham, gülüstan hanı?
Çox serv baş çəkib fələke baği-ömrdə,
Olbaği-ömr noldu, o sərvi-rəvan hanı?
Çox nazəninləri fələk ağuşə yar edib,
Torpaq içinda onlan yadə salan hanı?
Hiç. qoymayıbdı bir daşı daş üstə bu fələk,
Viran olmayan de göriim xaniman hanı?
Çox evləri dağıtdı bu dövrani-ruzigar,
Ali bəa kimi qapısı bağlanan hanı?
Çox toylan cehani-fələk yasə döndərib,
Qasım tək əllərinə yaxan həna qan hanı?
Çox no ərusi çərx eləyibdi qara duvaq,
Əmma dimağı qan ile əlvan olan hanı?
Damadlər zəmanədə çox namurad olub,
Əzası xəncər ile susuz doğranan hanı?
Damadi-Kərbəla tek əli dəyməyib ələ,
Çöllerdə üç gecə nəşi üryan qalan hanı?
Ali Əli müsibətini nəzmə çəkməye
Hiç zinəfesdə taqəti-şərhi-bəyan hanı?
Ta heşr olunca hər eşidən naləsin deyər,
Bəzmi-əzada Qumriyi-şirin zəban hanı?