Ey dili-pursovda, talibi-Ənqa
Ey dili-pursovda, talibi-Ənqa Müəllif: Mir Həmzə Nigari |
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005. |
Ey dili-pursovda, talibi-Ənqa,
Qafi-eşqdə var əsrari-duşvar.
Məgər kəşf eyləyə ol sirri movla,
Yoxsa mumkun dəgil kimsəyə izhar.
Zərrə nə fəhm etsin dəşti-kamuni?
Qətrə nə anlasın bəhri-Ceyhuni?
Cun necə soyləsun sirri-bicuni?
Bəs soylə, kim etsun izhari-əsrar?
Sanma kim, asandır ilfəti, əgər
Rubadən kəmtərdir andə şiri-nər.
Sındırıbdır cox şahinlər şahpər,
Həvayi-Ənqayə nəhayətmi var?
Gərci xətərnakdir təriqi-dilbər,
Vəhm etmə kim, həmrahindir xeyli ər.
Həm rəhnimunindir sədiqi-Kərrar,
Həm rəhbərindir Heydəri-Kərrar.
Ey Seyid Nigari, ey dili-sadə,
Kuyi-həqiqətə eşqdir cadə.
Cəkmə ələm kim, yetərsən muradə,
Dutubsan daməni-Əhmədi-Muxtar.