Ey dost, eşqün dənizinə girəm, ğərq olam yüriyəm
Ey dost, eşqün dənizinə girəm, ğərq olam yüriyəm Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Ey dost, eşqün dənizinə girəm, ğərq olam yüriyəm,
İki celıan meydan ola, dÖvranum sürəm yüriyəm.
Girəm dənizə ğərq olam, ne əlif, ne mim, dal olam,
Dost bağında bülbül olam, güllərin dərəm yüriyəm.
Bülbül olubam ötəm, könül olam canlar utam,
Başumı ölümə alub yolma varam yüriyəm.
Bülbül olubam gedəm, ey necə könüllər güdəm,
Yüzüm eşq ilə dəmbədəm toprağa sürəm yüriyəm.
Şükür gördüm didarum, aşdum vüsalun yarını,
Bu bənlük, sənlük şərünİ tərkini uram yüriyəm.
Yunusdur eşq avaresİ, biçarələr biçarəsi,
Səndədür derdüm çarəsi, dennanum soram yüriyəm.