Ey eşq əri, aç gözüni, yer yüz inə eylə nəzər
Ey eşq əri, aç gözüni, yer yüz inə eylə nəzər Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov)) |
Ey eşq əri, aç gözüni, yer yüz inə eylə nəzər,
Gör bu lətif çiçəkləri, bəzenübən gəldi keçər.
Bunlar böylə bezənüben, dostdan yana uzanuban,
Bir sor, əxi, sən bunlara, qancarudur əzmi-səfər?
Her bir çiçək bin naz ile ögər Heqqi niyaz ile,
Bu quşlar xoş avaz ilə ol padişahı zikr edər.
ögər anun qadirligin, hər bir işə hazırlığın,
Əvət, ömri qasirliğın amcağız bənzi solar.
Rəngi dönər gündən-günə, toprağa dökilür genə,
İbrətdürür anlayana, bu ibrəti arif tuyar.
Nə gəlmegun gəlməkdürür, nə gülmegün gülmekdürür,
Son menzilün ölməkdürur tuymadunsa eşqdən əsər.
Hər bir sözi tuyayıdun, ya bu ğemi yuyayıdun,
Yürürkən oynayayıdun, gedəydi sendən karü bar.
Bildün gələn keçər imiş, bildün qonan köçər imiş,
Eşq şərabın içər İmiş bu mə’nidən hər kim tuyar.
Yumıs, bu sözləri qoğıl, kəndözünden əlün yuğıl,
Səndən nə gələ bir degil, çün Həqden gəlür xeyrü şər.