Ey fələk, netdim həmişə gözləyib azanmı
Ey fələk, netdim həmişə gözləyib azanmı Müəllif: Məsihi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Ey fələk, netdim həmişə gözləyib azanmı,
Dil evin ğarət qılıb pozdun rüxi-bazanmı.
Dəhr içində tiri-bidadə məni qıldın hədəf,
Zülm ilə bu dün ara əldən çıxardın yanmı.
Noldu cürmüm əxtəri-bəxtim vəbalın gözləyib,
Lütf ilə qıldın təvana taleyi-əğyanmı.
Bünyeyi-iqbalıma min qəhr ilə saldın şikəst,
Eylədin faiq durub iqbalıma idbanmı.
Dəsti-zülm ilə məni əğyara qıldın zirdəst,
Vüsəti-mərdanəlikdə təng edib həncarımı.
Paybusi-yarə yetsən qoyma əldən, zinhar,
Ey səba, lütf ilə dutgil daməni-dildanmı.
Qoy hücumunda Məsihi tək mənim halımı gör
Söyləgil əğyardan pünhan ona əsranmı.