Ey fələk (Çoban Əfqan)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ey fələk (Çoban Əfqan) Müəllif: Çoban Əfqan |
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014. |
Aman olsun, aman sənin əlindən
Eylədin baxtımı qara, ey fələk!
Neyləmişəm bu dünyada mən sənə
Gəlmişəm doğrusu zara, ey fələk!
Əziz günlər yar olmadı bizlərə,
Evin uçsun, balan düşsün düzlərə.
Özün söylə neyləmişik sizlərə,
Çəkdin bizi hər vaxt dara, ey fələk!
Bir dəfə sal barı haqqı yadına
Yandı Əfqan cəhənnəmin oduna.
Kimsəsi yox, barı çata dadına,
Çox susadın namus, ara, ey fələk!