Ey fəraqi-ləbi-canan, ciyərim xun etdin

Ey fəraqi-ləbi-canan, ciyərim xun etdin
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.182.


Ey fəraqi-ləbi-canan, ciyərim xun etdin,
Çöhreyi-zərdimi xunab ilə gülgun etdin.

Ciyərim qanını göz yaşına tökdün, ey dil,
Varə-varə onu Qülzüm, bunu Ceyhun etdin.

Necə hüsn ilə səni Leyliyə nisbət qılayım,
Bilməyib qədrimi tərki-məni-Məcnun etdin.

Söylədin kim, tutaram şad könüllərdə məqam,
Şad ikən, bu söz ilə könlümü məhzun etdin.

Əhd qıldın ki, cəfa kəsməyəsən aşiqdən,
Aşiqi vədeyi-ehsan ilə məmnun etdin.

Cürə-cürə mey içib, ziba-cəmal artırdın,
Zərrə-zərrə gözümün nurini əfzun etdin.

Ey Füzuli, axıdıb seyli-sirişk ağlıyalı,
Eşq əhlinə fəğan etməyi qanun etdin.