Ey gül, nə əcəb silsileyi-mişki-tərin var
Ey gül, nə əcəb silsileyi-mişki-tərin var Müəllif: Məhəmməd Füzuli |
Ey gül, nə əcəb silsileyi-mişki-tərin var,
Vey sərv, nə xoş can alıcı işvələrin var!
Acıtdı məni acı sözün, tünd nigahın,
Ey nəxli-məlahət, nə bəla təlx bərin var!
Peykanları ilə doludur çeşmi-pürabım,
Ey bəhr, sanırsan sənin ancaq göhərin var?!
Ol səngdilə naleyi-zarın əsər etmiş,
Ey dil, sənə bu zövq yetər, ta əsərin var.
Eşq içrə könül, demə ki, mən bixudəm ancaq,
Ey qafil, özündən sənin ancaq xəbərin var.
Çox baxdığına qəmzə ilən bağrın əzərsən,
Hər kimə ki, baxmazsan, onunla nəzərin var.
Eşq əhlinə ol mah, Füzuli, nəzər etmiş,
Sən həm özünü göstər, əgər bir hünərin var.