Ey həmdəmim, səni qanə qərq elər

Ey hymdəmim, səni qanə qərq elər
Müəllif: Molla Vəli Vidadi

Ey həmdəmim, səni qanə qərq elər,
Gəl tərpətmə yaralanmış könlümü.
Ayrı düşmüş vətənindən, elindən,
Həmdərdindən aralanmış könlümü.

Könül verdik hər bivəfa yadlara,
Hayıf oldu ömür, getdi badlara,
Fələk saldı dürlü-dürlü odlara
Şan-şan olmuş, paralanmış könlümü.

Qanlı yaşım gündən-günə bollandı,
Axdı, axdı sinəm üstə kölləndi,
Yenə qəm sinəmi mindi yollandı,
Heç bilməzəm yaralanmış könlümü.

Gözüm yaşı gündən-günə fərq elər,
Eyb eləmək məni qana qərq elər,
Rövşən etməz yüz min günəş — bərq elər-
Bu möhnətdə qaralanmış könlümü.

Vidadiyəm xəstə gözüm mərdümi,
İtirmişəm qoşunumu, ordumu,
Çox təbibə şərh eylədim dərdimi,
Heç görmədim çaralanmış könlümü.