Ey könül, fikrin nədi, çün gəldi hicran, əlvida!
Ölməyim xoşdur, gərəkməz cismi-bican, əlvida!
Neylərəm gülşən tamaşasmda nərgis söhbətin,
Çün gedər hər söhbətimdən çeşmi-məstan, əlvida!
Bülbülə gül arzusu, aşiqlərə didari-dust,
Bir bəladır müddəası ahü əfğan, əlvida!
Qalmadı gülşəndə səbzə, guhsarın laləsi,
Görməyə bir daği-hicran çərxi-dövran, əlvida!
Sinəçak oldu qəmindən qönçələr fəsli-bahar,
Qıldı rüxsarın xəyalı bağrmı qan, əlvida!
Şövq rüxsarın xəyalı gör nə qıldı bülbülə,
Qəm budağmda oxur zarilə hər an, əlvida!
Ayrılıqdandır bənövşə səmigun olmuş müdam,
Ey Kərim, qıldı anı xak ilə yeksan, əlvida!