Ey könül, ol xəncəri-müjganə eylərsən həvəs
Ey könül, ol xəncəri-müjganə eylərsən həvəs Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.155. |
Ey könül, ol xəncəri-müjganə eylərsən həvəs,
Qəsdi-can etdin, bəqayi-ömrdən ümmidi kəs.
Çəkmə qürbət əzminə, ey sariban məhmil, saqın
Kim, bu yolda bimi-qürbətdəndir əfğani-cərəs.
Hali-zarimdən səni əfğanım agah eylədi,
Şükrlillah, oldu fəryadım mənə fəryadrəs.
Bir-birinə bəs ki, sancıldı tənimdə oxlarım,
Mürği-ruhum qeydinə oldu mürəttəb bir qəfəs.
Tə’neyi-əhli-məlamətdən nə nöqsan aşiqə,
Bərqi-lame’ dəf’in eylərmi hücumi-xarü xəs?
Suzi-eşqin təndə nagəh bulmasın nöqsan deyib,
Can çıxınca istərəm çıxmaya təndən bir nəfəs.
Ey Füzuli, mən qənaət mülkünün sultaniyəm,
Səltənət isbatı əgnimdə pəlasi-fəqr bəs.