Ey nəsimi-sübhdəm, billah, şu yarım xoşmudur
Ey nəsimi-sübhdəm, billah, şu yarım xoşmudur Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.234. |
Ey nəsimi-sübhdəm, billah, şu yarım xoşmudur?
Şol həbibim, dilbərim, aləmdə varım xoşmudur?
Şol mütərra mişki-zülfündən, səba, vergil xəbər,
Şol üzü gül, qaməti sərvü çinarım xoşmudur?
Şol ləbi lə’lü gözü ahuyi-şəhr la dilfirib,
Şol saçı zülmət, bəni mişki-tatarım xoşmudur?
Qönc içində qönçə olub dürc olur dürri-ədən,
Şol çəmən səhnində açılmış baharım xoşmudur?
Yel əlimdə, su gözümdə, od içimdə xak olur,
Daim anda həşr olıcaq səbzəzarım xoşmudur?
Çün Nəsimi saldı özün eşqinə pərvanətək,
Ey üzü gülşən, sana bu ahü zarım xoşmudur?