Ey navəki-şövqin sipəri-sineyi-əhbab
Ey navəki-şövqin sipəri-sineyi-əhbab Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.61. |
Ey navəki-şövqin sipəri-sineyi-əhbab,
Zülfün xəmi ərbabi-vəfa seydinə qüllab!
Mehrabdə şəkli-xəmi-əbruyi-lətifin,
Vacib bu cəhətdən qamuya səcdeyi-mehrab.
Suzim der idim şəm’ sana eyləyə rövşən,
Nəzzareyi-rüxsarına yox şəm’də həm tab.
Xurşid cəmalından ol ay saldı niqabın,
Sübh oldu, dur ey bəxt, nədir munca şəkərxab?
Dün sübh yetirdim fələkə mövci-sirişkim,
Qərq etdi fələk üzrə olan əncümü girdab.
Saqi məgər ol lə’l sözün der meyi-nabə
Kim, düşdü əyağinə, əlin öpdü meyi-nab?!
Cəm’iyyəti-əsbabə könül vermə, Füzuli
Kim, təfriqədir xatirə cəm’iyyəti-əsbab