Ey olub merac bürhani-ülüvvi-şan sana
Ey olub merac bürhani-ülüvvi-şan sana Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.42. |
Ey olub me’rac bürhani-ülüvvi-şan sana!
Yerə enmiş göydən istiqbal edib Fürqan sana.
Heyni-də’vayi-nübüvvət müddəi ilzaminə,
Cahil ikən el, kəmali-elm bəs bürhan sana.
Kilki-hökmün çəkdi hərfi-sairi-ədyanə xət,
Hökm isbat etdi nəfyi-sairi-ədyan sana.
Baqiyi mö’cüz nə hacət əmri-həq isbatinə,
Aləm içrə mö’cüzi-baqi yetər qur’an sana.
Vəsf Cibrili-əmin etmiş qəbuli-xidmətin,
Sirri-Həq kəşfinə ayətlə yetib fərman sana.
Sənsən ol xatəm ki, dəf’ etmiş təmami-hakimi,
Xatəmi-hökmi-risalət tapşırıb dövran sana.
Ol qədər zövqi-şəfa’ət cövhəri-zatındadır
Kim, gəlir ərzi-xəta mə’nidə bir ehsan sana.
Mahi-növdür, yoxsa sən etdikdə seyri-asiman,
Qaldırıb barmaq gətirmiş asiman iman sana.
Ya nəbi, lütfün Füzulidən kəm etmə ol zaman
Kim, olur təslim miftahi-dəri-ğüfran sana.