Ey qorçubaşı, ey sitəm əhlinə pişva
Ey qorçubaşı, ey sitəm əhlinə pişva Müəllif: Sadıq bəy Əfşar |
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.76-77. |
Ey qorçubaşı, ey sitəm əhlinə pişva,
Şahın qulu olan sözinə bipir gərək.
Fərmani-şahdur, versən alduğun geri,
Fərmanə baxmadun, sənə mövtdən həzər gərək.
Hökmə qulaq asmadınü baxmadun daği,
Ərbab zülmü cövrini kurü kər gərək.
Mən şamlu fəqiriyəm, sən qəcər bəgi,
Sən əhli-şərsənü sana bir əhli-şər gərək.
Abbas şah hökminə endürmədün boyun,
Boynu yoğunlusan, sana tiğü təbər gərək.
Şahdan səninçün alayım bir qəcər dağı,
Bildüm yəqin ki, kuni-xərə kiri-xər gərək.