Ey qoyan könlümә qan, oldumu hüsnün fani
Ey qoyan könlümә qan, oldumu hüsnün fani Müəllif: Ağa Hacı Molla Tağızadə |
Ey qoyan könlümә qan, oldumu hüsnün fani,
Tapdımı xarü xәsi-xüşk o tәr bostani?
Aldımı badi-xәzan, eylәdimi әfsürdә
Baği-hüsnündә gülü sünbülü hәm reyhani?
Varmı yadında gәdalәr kimi boynu burulu
Qabağında sәnә әcz eylәr idim pünhani?
Hәsrәtindә lәbinin әşk әvәzi didәmdәn
Qәtrә-qәtrә saçılırdı cigәrimin qani.
Arizu eylәr idim hәr çi tәkәllüm edәsәn,
Ta edim canımı şirin lәbin[in] qurbani.
İndi, sәd şükr, o gül bәrginә bәnzәr dodağın
Olub әfsürdә, solub rәngi, qaçıbdır qani.
Şükrilillәh ki, mәnim surәtә düşdün axır,
Yetdi tez başә o naz eylәdiyin dövrani.
O gözәllik ki, hәmişә ona fәxr eylәr idin,
Al әlә ayinә, bax gör o gözәllik hani?
Bәsdi, Bixud ki, camal әhlinә adәtdir bu,
Bivәfa olmasa, olmaz işinin samani.