Ey sǝnǝm, neyçün sǝnin vǝdǝn xilaf olmuş durur
Ey sənəm, neyçün sənin vədən xilaf olmuş durur Müəllif: Şah İsmayıl Xətai |
Ey sǝnǝm, neyçün sǝnin vǝdǝn xilaf olmuş durur?
Mehrin az olmuş, vǝli, qǝhrin kǝzaf olmuş durur?
Könlümü eşqin ayıtdı, kim, xilas olmaz müdam.
Alǝmǝ ondan ki, ǝmri "nunü kaf" olmuş durur.
Surǝtin Əlhǝmdurur, vǝsfi-cǝmalın Vǝzzüha,
Çün sifatın sureyi-Quranda Qaf olmuş durur.
Abi-kövsǝrdir dodağın, baği-cǝnnǝtdir yüzün,
Kim mǝnǝ lǝlin şǝrabi cami-saf olmuş durur.
Mǝn neçün hicrindǝ vǝslin lǝzzǝtindǝn kam alam,
Vǝslin ilǝn hicrinin işi mǝsaf olmuş durur.
Ey könül, qıldın sǝfǝr, ǝzmi-tǝvǝkkül pişǝ qıl,
Kim pǝnah etmǝk bizǝ, hǝqdǝn kifaf olmuş durur.
Cövrü qǝhrinin yolundan ey Xǝtai, dönmǝgil,
Gǝr mǝqami ol pǝrinin kuhi-Qaf olmuş durur.