Ey xətin muyu mənə mülkü-Süleymandan ləziz

Ey xətin muyu mənə mülkü-Süleymandan ləziz
Müəllif: Zikri Ərdəbili
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Ey xətin muyu mənə mülkü-Süleymandan ləziz!
Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!

Bir gözün şəhlası yüz min səfheyi-Tövratdan,
Bir qaşın əbrusu min-min mülki-İrandan ləziz!

Gül üzün görmək mənə gülbərgi-həmradan əcib,
O1 səri-kuyin mənə seyri-gülüstandan ləziz!

Zahida, etmə mənə tənə bilibsən, bilmişəm,
Canı sən canandan, cananı mən candan ləziz!

Abi-heyvan ləblərin şəbdin içibdir, ey sənəm,
An üçün bir ab yoxdur, abi-heyvandan ləziz!

Abi-beyvan ilə göstərdim o Xizrə ləblərin,
Onu bundan bisəfa buldu, bunu ondan ləziz!

Zikriya, cananə meyl et, çək cəhan mülkündən əl,
Yoxdu bir zad bu cəhan mülkündə canandan ləziz!