Ey xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yar

Ey xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yar
Müəllif: Mirhəmzə Seyyid Nigari
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Ey xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yar,
Tərlədib ruxsan al eylərdi, al eylərdi yar.

Ah ol dəmlər, nə dəmlər kim qəzəlgu hər yana,
Kakiləfşan, mufışan rəmli-qəzal eylərdi yar.

Heyrətim zur eylədikcə vehşigahi-eşqdə,
Ünsiyyət eylərdi könlüm, guşmal eylərdi yar.

Vəh, nə aləmdir məhəbbət aləmi kim bir məqal,
Nim təbəssüm, nim nigəh, halım sual eylərdi yar.

Badeyi-dildarlıqla aşiqi məst eyləyib,
Başqa halət göstərərdi, başqa hal eylərdi yar.

Ey xoş ol saət, nə saət, ey xoş ol halət nə hal,
Dilbəranə göftgu, Şirin məqal eylərdi yar.

Noldu, ey Miri Nigari, ol zaman kim biqərəz,
Eylədikcə min niyazü erzi-hal eylərdi yar.