Ey yar, bu cavan ömrümü neyçin hədər etdin
Ey yar, bu cavan ömrümü neyçin hədər etdin Müəllif: Biqələm |
Ey yar, bu cavan ömrümü neyçin hədər etdin,
Yıxdın məni, biganələri bəxtəvər etdin.
Bahar olanda oxurlar çəməndə bülbüllər,
Əsər nəsimi-səhər, bir-birinə dəyər güllər.
Yarım gedibdi, yaramı gər bağlamaq olar?
Ruhum uçubdu, göz yaşımı saxlamaq olar?
Fələk cövründən əl çəkməz , nə can təndən kənar olmaz,
Yanar duzəxdə nar əhli, mənim tək şöləvar olmaz.
Tutub bədbəxtçilik daim mənim çaki qaribanım,
Gəlibdir Biqələm təngə, belə bəd ruzigar olmaz.
Çək bu qatarı şövqilə Kərbübəla diyarinə,
Gedim ziyarət eyləyim bircə Hüseyn məzarinə.
Ey nəşi bikəfən,Üryan Hüseyn, Hüseyn.
Ey xeyməsi olan,Talan Hüseyn, Hüseyn.