Eylədi (Çoban Məhəmməd)

Eylədi (Çoban Məhəmməd)
Müəllif: Çoban Məhəmməd
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 36

Min üç yüz on yeddinci sənədə
İlahi bir belə əmir eylədi.
Çüt yerə batmadı, kotan əkmədi.
Qurutdu yer-yurdu, dəmir eylədi.

Boz ay Boz dananın boğazı şişdi,
Küt ilə, hörrəylə bir az ötüşdü.
Ayağı sürüşdü, köndələn düşdü,
Bu işləri məni kömür eylədi.

Gələn-gedən Məhəmmədə toxunu,
Biz görmüşük bunun azın, çoxunu.
İtlər sümüyünü, qarğa poxunu
Dağıtdı, gəmihagəmir eylədi.