Eylədi (Şımpırlı Sevgili)

Elədi
Müəllif: Şımpırlı Sevgili
Mənbə: Hüseyn İsmayılov, "Göyçə aşıqları və el şairləri", I cild. Bakı: "Səda", 2006. səh.122.

Yarın naməsi yetişdi,[1]
Ürəyimi şad eylədi.
Darda qalan ufacığı,
Qəfəsdən azad eylədi.

Dilbilməzdim - tutulaşdım,
Eşqə dolub qatılaşdım.
Belə niyyət tutmamışdım,
Görklü Məhəmməd eylədi.

Haqqım mənə əta verdi,
Ağlım alan badə verdi,
Sevgiliyə buta verdi,
Admı Mahmud eylədi!

İstinadlar

redaktə
  1. Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5