Eylədin (Aşıq Əsəd)

Eylədin
Müəllif: Aşıq Əsəd
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.392; ISBN 978-9952-571-42-4

Can alan, getmə dayan,
Bil, məni candan eylədin.
Təbiətdə bəzək vurnb,
Şövkəti şandan eylədin.
Kirpiklərin ox kimidir,
Qaşı kamandan eylədin.
Oxuyurdum qumru kimi,
Məni lisandan eylədin.
Xoşdur lisanın,
Böyükdür sanın,
Yoxdur nöqsanın,
Xoşdur dövranın,
Xalındır qoşa,
Səni yüz yaşa,
Dövran sür başa -
Belə süzüb sallanışla,
İnsanı heyran eylədin.

Mən sənə mail olmuşam,
Getmə dayan, ağrın alım.
Hurisən,məleykəsən,
Eylə bəyan, ağrın alım.
Həsrətindən xəstə düşdüm,
Mən biməkan, ağrın alım.
Həkim, loğman nəyə lazım?
Dərdə dərman, ağrın alım.
Dərman verənsən,
Zülfün görənsən.
Qəsdə girənsən,
Könül hörənsən.
Dövran sürənsən,
Qaşların qara,
Vurmusan yara,
Öldüm səd para,
Gəl eylə çara.
Xallarmm yox qiyməti,
Gövhəri-kandan eylədin.

Şəkkə düşüb xof eylədim,
Mən nə deyim belə cana?!
Yeriyəndə şölə salır,
Yanaqları asimana.
Yazıram mən də vəsfini,
Səs yayılsın hər bir yana.
Zənəxdanın gözəlliyi,
Zinət verir gülüstana.
Qızıl düyməli,
Cüt nar məməli.
Tuti nəğməli,
Nəğmənə heyran.
Dərdimə dərman,
Sən eylə fbrman.
Fərmana qurban,
Qoynu gülüstan,
Ay gözü məstan.
Məcnun oldum, düşdüm çölə,
Könlümü viran eylədin.