Eyləmisən
Eyləmisən Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Molla əmi, gecənin bu vaxtında
Nə əcəb bizləri yad eyləmisən.
Kitabın, dəftərin, qələmin hazır,
Nə yaxşı bəndəni ad eyləmisən.
Məzlum durub nə çəkirsən ahu-zar,
Hələ ölməmisən itib sanalar.
Yaxşı şeydi, olsa abır-həyalar,
Zəhmətin əbəsdən bad eyləmisən.
Müftə yığıb, müftə yeyib yatansan,
Sən igidi bir beçəyə satansan.
Nəzir verrəm əməlindən utansan,
Demə, Məmmədhüseyni şad eyləmisən.